AZ

Şaraanın kürdlər haqda qərarının detalları VİDEO

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Suriya Prezidenti Əhməd əl-Şaraa ölkədə yaşayan kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb. Sənəddə kürdlərin Suriya cəmiyyətinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanır və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı qeyd olunur”.

Globalinfo.az xəbər verir ki, bu barədə İTV-nin xüsusi buraxılışında qeyd edilib.

“Fərmana əsasən, kürd əhalisinin əhəmiyyətli hissəsini təşkil etdiyi bölgələrdəki məktəblərdə kürd dili tədris olunacaq. Bununla yanaşı, 1962-ci ildə aparılan əhali siyahıyaalınması zamanı vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası hüququ verilir.

Sənəddə, həmçinin bölgə kürdləri tərəfindən yazın və yenilənmənin rəmzi kimi qeyd olunan Novruz bayramının qeyri-iş günü elan edildiyi bildirilir.

Ekspertlərin fikrincə, bu qərar Suriyada etnik və siyasi balansın yenidən formalaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilir”, – deyə bildirilib.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr