AZ

İspaniya və Türkiyədən təkliflər alan Addai qərarını verdi

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Qarabağ"ın cinah hücumçusu Emmanuel Addainin komandada qalıb-qalmayacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, iki Türkiyə klubunun - "Rizespor" və "Konyaspor"un heyətə qatmaq istədiyi qanalıya menecerlər vasitəsi ilə İspaniya Sequndasından da təklif göndərilib.

Buna rəğmən Addai üçün Ağdam təmsilçisinə rəsmi müraciət ünvanlanmayıb. Onun ən azı cari mövsümün sonunadək "köhlənlər"in sıralarında olacağı şübhə doğurmur. Həm rəhbərlik, həm də baş məşqçi Qurban Qurbanovla ayrılıqda söhbət edən ön xətt oyunçusu diqqətini yalnız "Qarabağ"a yönəldəcəyini və indiki durumundan məmnun olduğunu deyib.

Qeyd edək ki, Addainin "Qarabağ"la müqaviləsinin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
154
2
fanat.az

3Mənbələr