AZ

Müdirlərin nəzərinə: İşçilər buna görə yaxşı işləmək istəmir

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əməkdaşların iş zamanı daha az fəallıq göstərmənin, işə marağın azalmasının müxtəlif səbəbləri var.

Hətta çox kiçik idarəetmə pozuntuları,  məsələn, ad günü təbrikinin gecikdirilməsi  işçilərin məhsuldarlığına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Pensilvaniya Universitetinin professoru Peter Cappelli və həmkarları tərəfindən aparılan yeni bir araşdırma üzə çıxarıb.

Tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilib.

Böyük bir milli pərakəndə satış şəbəkəsinin məlumatların təhlili göstərib ki, menecerlərin işçilərə vaxtında kartları və kiçik hədiyyələri çatdırmaması işə gəlməmə hallarını təxminən 50% artırıb və məhsuldarlığı ayda iki saatdan çox azaldıb.

İşçilər buna “incə” şəkildə, məsələn, daha çox ödənişli xəstəlik məzuniyyəti götürməklə, işə gecikməklə, işdən tez çıxmaqla cavab veriblər. 

Tədqiqatçılar vurğulayıblar ki, bu, menecerlər tərəfindən qəsdən edilən cəza forması deyil. Təbriklərdəki gecikmələr digər əməliyyat prioritetləri ilə izah edilib. Lakin hətta bu cür "kiçik unutqanlıq" belə işçilər tərəfindən hörmətsizlik kimi qəbul edilir və bu da onların işə münasibətinə təsir göstərir. 

Tədqiqatın müəllifləri qeyd edirlər ki, nəticələr menecerlərin ünsiyyət bacarıqlarının və işçilərə yalnız işçi qüvvəsi kimi deyil, insan kimi diqqətli yanaşmalarının vacibliyini göstərir. Hətta diqqətin təbrik açıqçaları vermək kimi  yolla nümayişi  və şəxsi hadisələrin əhəmiyyətini anlamaq motivasiyanı artırmağa və məhsuldarlıq itkilərini azaltmağa kömək edir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
171
1
cebheinfo.az

2Mənbələr