AZ

İndoneziyada təyyarənin qalıqları və sərnişinlərdən birinin meyiti tapılıb

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İndoneziya xilasetmə komandası bir gün əvvəl qəzaya uğramış ATR 42-500 təyyarəsinin qalıqlarını və bir qurbanın meyitini tapıb.

"Report" "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, meyit Cənubi Sulavesinın Panqkep rayonunda Bulusaraunq dağının yamacında aşkar edilib. Axtarış əməliyyatları güclü külək və sıx duman şəraitində dağlıq ərazidə aparılır.

"Bu gün komandamız təyyarənin bir neçə qalığını, həmçinin qurbanlardan birinin meyitini tapıb", - axtarış-xilasetmə qrupunun rəhbəri, general-mayor Banqun Navoko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, həlak olanın şəxsiyyəti müəyyənləşdirilir.

Dəqiqləşdirilmiş məlumata görə, təyyarədə səkkiz ekipaj üzvü və müşahidə missiyasında iştirak edən Dənizçilik və Balıqçılıq Nazirliyinin üç əməkdaşı olub.

Xatırladaq ki, yanvarın 17-də Yava adasındakı Yoqyakartadan Cənubi Sulavesin əyalətinin paytaxtı Makassara uçan Indonesia Air Transport şirkətinə məxsus kiçik təyyarə radarlardan yoxa çıxıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
2
azpolitika.info

3Mənbələr