AZ

"19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi Şamaxıda qarlı yollarda işini davam etdirir » AzadMedia.az


Şamaxıda yağan qar bəzi yollarda çətinlik yaradıb. Dərhal "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti Şamaxı-Nağaraxana yolunda yaranmış problemi aradan qaldırıb. Belə ki, səhər saatlarından etibarən yola qum və duz məhlulu səpilir.
Eyni zamanda, idarənin canlı qüvvəsi və texnikası Jirovka yolunda da təmziləmə işləri aparır. Əməkdaşlar yollarda buzlaşmanı aradan qaldırır. Sürücü və piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunur. Artıq adıçəkilən yollarda avtomobillərin hərəkəti bərpa olunub.
Seçilən
140
1
azadmedia.az

2Mənbələr