AZ

"İnter"in ulduzu: "Əgər əsas məqsədim pul olsaydı..."

İtaliya çempionatında 21-ci turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, Milanın “İnter” klubu səfərdə «Udineze»ni məğlub edib. Görüşdə yeganə qolu argentinalı hücumçu Lautaro Martines vurub.

Matçdan sonra jurnalistlərə açıqlama verən Martines klubdan ayrılmaq niyyətində olmadığını bildirib:

“İnter”də mənə lazım olan hər şey var – çox yaxşı münasibət, kapitan sarğısı, Avropanın ən vacib klublarından birində status. Biz iki dəfə Çempionlar Liqasının finalında oynamışıq. Mən hər zaman maliyyə məsələlərinə yox, idman tərəfinə üstünlük verirəm. Əgər əsas məqsədim pul olsaydı, bəlkə də artıq bəzi cəlbedici təkliflərə reaksiya verərdim”.

Seçilən
119
publika.az

1Mənbələr