AZ

“Əl-Qaidə”-nin “filial”ının lideri ÖLDÜRÜLDÜ

Cümə günü ABŞ ordusu Suriyanın şimal-qərbində “Əl-Qaidə” ilə əlaqəli liderin öldürüldüyü hücum həyata keçirib.

“Cebheinfo.az” bu barədə “NBC News”-a istinadən məlumata verir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) şənbə günü bildirib ki, hücum nəticəsində Bilal Həsən əl-Casim öldürülüb və ordu onu "təcrübəli terrorçu lideri" adlandırıb.

Mərkəzi Komandanlıq bildirib ki, Əl-Casim hücumlar planlaşdırıb və 13 dekabrda Suriyanın Palmira şəhərində İŞİD pusqusunu həyata keçirən atıcı ilə birbaşa əlaqəli olub.

ABŞ rəsmilərinin məlumatına görə, hücumda iki amerikalı hərbçi və bir amerikalı tərcüməçi həlak olub, digər amerikalı və suriyalı hərbçilər isə yaralanıb.

Müdafiə naziri Pit Heqset dekabr ayında “X” sosial media platformasında canlı yayımda ABŞ-nin tərəfdaş qüvvələrinin hücumçunu öldürdüyünü açıqlayıb.

“Üç amerikalının ölümü ilə əlaqəli terrorçunun zərərsizləşdirilməsi qüvvələrimizə hücum edən terrorçulara çatmaq əzmimizi nümayiş etdirir”, -Heqset deyib.

Seçilən
103
cebheinfo.az

1Mənbələr