AZ

Tövlənin damından ot bağlaması düşürərkən yıxılıb öldü

Şəmkirdə bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Yuxarı Seyfəli kənd sakini A.Məmmədov yaşadığı evin həyətində tövlənin dam örtüyündən ot bağlaması düşürərkən pilləkəndən yıxılıb, başı betona dəyib.

33 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
124
nocomment.az

1Mənbələr