Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qvatemalanın üç həbsxanada eyni vaxtda qiyam qaldırılıb.
Axar.az xəbər verir ki, bu barədə yerli “İnfobae” portalı məlumat yayıb.
Məlumata görə, “Fraijanes 2”, “Renovacion 1” həbsxanaları və 18 saylı Zona Profilaktik Saxlama Mərkəzinin 11-ci sektorunda eyni vaxtda qiyam qaldıran məhbuslar həbsxana ərazisini ələ keçirib, 45 həbsxana işçisi və bir psixoloq da daxil olmaqla 46 nəfəri girov götürüblər.
Hökumət hazırda qiyamçıların nəzarəti altında olan həbsxanalarda asayişi bərpa etmək və qaçışların qarşısını almaq üçün polis, hərbçi və həbsxana xidməti heyətini səfərbər edib.
Qvatemala hakimiyyəti ABŞ tərəfindən beynəlxalq terror təşkilatı kimi tanınan "Barrio 18" dəstəsini günahlandırıb. Daxili İşlər Nazirliyi qiyamçılarla heç bir sövdələşmə aparmayacağını bildirib.
İtkilərlə bağlı məlumat verilməyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.