AZ

Şəmkirdə pilləkəndən yıxılan kişi öldü

15:15 18.01.2026
15:15 18.01.2026

Şəmkirdə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

1993-cü il təvəllüdlü Alik Məmmədov evin həyətində yerləşən tövlənin dam örtüyündən ot bağlaması düşürərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.

Hündürlükdən düşən Alik Məmmədovun başı beton səthə çırpıb.

Ağır xəsarət alan zərərçəkən xəstəxanaya çatdırılasa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.


Seçilən
47
6
mynews.az

10Mənbələr