AZ

İrandakı etirazlarla bağlı ilginc məlumatlar –Pul tələb edilirdi…

"8 və 9 yanvarda baş verən etirazların pik anında, saat 20:00-dan 01:00-dək heç bir təcili yardım maşını atəş açılan bölgələrdə olmayıb".

Bu barədə "İran İnternational" nəşrinə anonim istifadəçi tərəfindən göndərilən məlumatda qeyd edilib.

"Telefonlar kəsilmişdi və təcili yardım ilə əlaqə yaratmaq da mümkün deyildi. Şəhər sakinləri hətta yaralıların həbs edilmə riski olsa belə, təcili yardım tərəfindən aparılmasına razı idilər, amma telefonlar işləmirdi.

Bir çox yaralı etirazçılar yaxın binalara sığınmış və qan itkisindən ölmüşdülər. Bəzilərinin meyitləri gecə vaxtı ailələrinə verilmiş və dəfn mərasimi təşkil edilmədən aparılmışdı", - deyə bildirilib.

Mənbə həmçinin vurğulayıb ki, qurbanların ailələrindən pul da tələb edilib:

"Əvvəlcə ailənin ünvanı müəyyən edilir və maliyyə imkanları yoxlanılırdı. Daha sonra isə 250 milyon tüməndən bir neçə milyard tümənədək pul tələb olunurdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
123
olaylar.az

1Mənbələr