"Araz-Naxçıvan" təlim-məşq toplanışı çərçivəsində son sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 1-ci Liqa təmsilçisi "Zaqatala" ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçirilən görüş Naxçıvan təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Şarl Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.
Qeyd edək ki, daha əvvəl "Qəbələ"yə minimal hesabla uduzan "Araz-Naxçıvan" klubun əvəzedici komandasını 7 cavabsız qolla üstələyib.