AZ

İndoneziyada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

İndoneziyalı xilasedicilər "Indonesia Air Transport" aviaşirkətinə məxsus qəzaya uğramış təyyarənin qalıqlarını Cənubi Sulavesi əyalətindəki Bulusaraunq dağının zirvəsində aşkar ediblər.

"Yeni Sabah" xəbər verir ki, təyyarənin göyərtəsində 11 nəfər - səkkiz heyət üzvü, üç sərnişin olub.

Axtarış-xilasetmə işlərinə 376 nəfər cəlb edilib. Sərnişinlərdən birinin cəsədini aşkar etmək mümkün olub.

Qeyd edək ki, qəzaya uğrayan təyyarə Cokyakarta şəhərindən Cənubi Sulavesi əyalətinin mərkəzi Makassaraya uçurdu./Oxu.az


Telegram kanalımız
Seçilən
36
yenisabah.az

1Mənbələr