AZ

Abşeronda avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsininəməkdaşları tərəfindən "Chevrolet Cobalt" markalı 90-YL-765 dövlətqeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan İmanzadəsaxlanılıb.

Bu barədə Trend-ə DİN Mətbuat xidmətindən bildirilib.

O, Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildəpozub, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyatvə sağlamlığına real təhlükə yaradıb.

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsi idarəetməhüququnun olmadığı da müəyyən edilib. Onun barəsində İnzibatiXətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtibedilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücüK.İmanzadə 15 sutka inzibati qaydada həbs edilib.

Seçilən
138
27
az.trend.az

10Mənbələr