ain.az bildirir, Footbal-plus portalına istinadən.
“Sumqayıt” qış “transfer pəncərəsində” ilk və görünən qədəri ilə son transferini reallaşdırıb. Söhbət Emil Mustafayevdən gedir. Azərbaycanda ancaq milliyə çağrılarkən olan Emil Mustafayev Ukraynada böyüyüb boya-başa çatıb. Artıq “Sumqayıt”ın üzvüdü.Emil yarım ildən artıqdı futbol oynamır. Komandasında heç ehtiyat oyunçular skamyasına belə yer almayan futbolçu avrokuboklara vəsiqəyə iddialı “Sumqayıt”ın gücünə güc qata bilər? Doğrudanmı, bu transferi Saşa İliç istəyib? Emilin mövqeyində Ronaldo Vazkes, Masaki Murata kimi futbolçular var. 6 ay futbol oynamayan Emil “kimyaçılar”a nə verəcək? Təbii ki, heç nə. Amma “Sumqayıt” Emilə nəsə qata bilər. “Sumqayıt”da yaxşı kollektiv yığılıb, burda inkaf etmək mümkündü. Amma ən azı gəldiyi yerə - xaricə qayıtmaq çətin olacaq.MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.