AZ

“Hər şey bomba kimidi” – bəs onda altı futbolçu niyə gedib?

İkinci liqada 4-5-ci yerləri bölüşən “Şəmkir”lə bağlı arzuolunmaz xəbərlər gəlir.

Belə ki, yenə klubda maliyyə problemləri yaranıb. Maaşlar verilmir və futbolçular narazıdı. Belədə onlar çıxış yolunu “Şəmkir”dən ayrılmaqda görür. Bu məsələ ilə bağlı bilgi almaq üçün klubun prezidenti Vüsal Məmmədovla əlaqə saxladıq. Onun “Football-plus.az”a dedikləri:
“Vallah, istirahətdəyik. Hər şey bomba kimidi, qaydasındadı. Mən də istirahətdəydim. Moskvadan bu gün gəlmişəm. Yanvarın 26-da təlim-məşq toplanışımız start götürür. Vallah, hər şey qaydasındadı. Yeni transferlərimiz də var. Qarşıdakı günlərdə açıqlanacaq. Əsas odu ki, sağlıq-salamatlıqdı. Hərə əlinə bir qələm alır, nə istəyir yazır. Heç maraqlanmıram da. Bizim işlərimiz öz axarıyla gedir”.
Əlbəttə, klub prezidentinə inanmaq istərdik. Ancaq iki gündə komandadan altı futbolçunun ayrılması yetərincə şübhəli məqamdı. “Şəmkir”dən artıq Taleh Fərmanov, İlkin Əliyev, Cavidan Rəhimli, Məzahir Əhmədov, Akif Tağıyev və Ceyhun Rəcəbli ayrılıb.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
69
1
football-plus.az

2Mənbələr