AZ

İran və İraq arasında böyük ticarət imkanları var - Əraqçi

Bakı. Trend:

İran və İraq arasında ticarətin inkişaf etdirilməsi üçün böyükimkanlar və potensiallar mövcuddur.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçibu gün Tehranda İraq xarici işlər naziri Fuad Hüseynlə birgəmətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün İran və İraq arasında ticarət vəiqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyi haqdadanışıqlar aparılıb.

Əraqçi bildirib ki, hazırda iki ölkənin birgə sərhədlərimüxtəlif iqtisadi, ictimai və siyasi sahələrdə dostluq vəəməkdaşlıq sərhədlərinə çevrilib və iki ölkə arasında qarşılıqlıdərk mövcuddur.

İranlı nazir qeyd edib ki, İran İraqın regional diplomatiyadainkişaf etməkdə olan rolunu müsbət qarşılayır və regionaldanışıqlar vasitəsi ilə problemlərin həlli istiqamətində özhazırlığını elan edir.

Əraqçi İranla həmrəylik və dəstəyini ifadə etdiyi üçün İraqhökumətinə öz təşəkkürünü bildirib və iki ölkə münasibətlərininkişafından məmnun qaldığını qeyd edib.

Qeyd edək ki, İraq xarici işlər naziri Fuad Hüseyn bu gün İranasəfər edib.

Seçilən
137
7
az.trend.az

8Mənbələr