AZ

Nazir ABŞ prezidentini şantajda ittiham edir

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Hollandiyanın xarici işlər naziri David van Weel bazar günü ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a satmağa razı olmadıqları təqdirdə Avropa müttəfiqlərinə yeni tariflər tətbiq etmək təhdidini "şantaj" adlandırıb.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

David van Weel Holland televiziyasına müsahibəsində bildirib ki, Donald Trampın etdiklər şantajdır. Onun sözlərinə görə, Trampın etdikləri nə Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), nə də Qrenlandiyaya da kömək etmir.

Xatırladaq ki, Tramp əvvəllər Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyadan gələn mallara 10 faiz tarif tətbiq olunacağını, lakin daha sonra 25 faizə qədər yüksələ biləcəyini və Qrenlandiya ilə bağlı razılaşma əldə olunana qədər bu qərarın qüvvədə qalacağını bildirmişdi. Danimarkanın muxtar ərazisinin ABŞ təhlükəsizliyi üçün vacib olduğunu deyən Tramp, lazım gələrsə, onun güclə ələ keçirilməsini də istisna etməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
reyting.az

1Mənbələr