AZ

Evlərdən silsilə oğurluq edən şəxs tutuldu - Üzərindən psixotrop maddə çıxdı

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb.

Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.

"Cebheinfo.az" 

Seçilən
108
24
cebheinfo.az

10Mənbələr