AZ

Baş məşqçinin sözləri İngiltərə klubunun rəhbərliyini özündən çıxardı - Qovulur

"Kristal Pelas" rəhbərliyi baş məşqçi Oliver Qlasneri yaxın vaxtlarda istefaya göndərmək niyyətindədir.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, buna səbəb məşqçinin 22-ci turda "Sanderlend"dən aldıqları məğlubiyyətdən (1:2) sonra rəhbərliyi tənqid etməsidir.

"Özümüzü tamamilə tərk edilmiş kimi hiss edirik" ifadəsi klubun idarə heyətinin sədri Stiv Perişi özündən çıxarıb. Avstriyalı mütəxəssis daha öncə yayda müqavilə müddəti bitdikdən sonra komandadan ayrılacağını bildirimişdi.

Qeyd edək ki, "Kristal Pelas" hazırda Premyer Liqanın turnir cədvəlində 28 xalla 13-cü pillədə qərarlaşıb.

Seçilən
40
1
fanat.az

2Mənbələr