Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi həftəlik mətbuat konfransında bildirib.
Bəqayi beynəlxalq səviyyədə İrana qarşı mənfi atmosfer formalaşdıran tərəfləri kəskin tənqid edib. O bildirib ki, bəzi qüvvələr qeyri-məsuliyyətli şəkildə yalan məlumatları beynəlxalq ictimaiyyətə ötürürlər:
"Bizim üçün də sual doğurur ki, bu məlumatları beynəlxalq səviyyəyə çıxaranlar kimlərdir və niyə bu qədər qeyri-məsuliyyətli davranırlar? Son hadisələrlə bağlı İrana qarşı çoxsaylı saxta məlumatlar yayılıb və beynəlxalq ictimaiyyətə təqdim olunub."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31