Axar.az xəbər verir ki, bu barədə "Quardian" nəşri Kembric Universitetinin astrnomiya və eksperimental fəlsəfə professoru Ser Markoffa istinadla məlumat yayıb.
Məlumata görə, astronomlar çəkiliş üçün Günəş sistemi ölçüsündə və 6 milyard Günəş kütləsində kosmik obyekt seçiblər.
"Hazırda astronomlar ilk dəfə olaraq super nəhəng qara dəliyin hərəkətini lentə almağa hazırlaşırlar", - nəşr bildirib.
Nəşr qeyd edib ki, "Event Horizon Teleskopu" Antarktidadan İspaniya və Koreyaya qədər dünyanın hər yerində yerləşən 12 radio teleskopundan ibarət şəbəkədir. 2019-cu ildə bu layihənin astronomları dünyada ilk dəfə qara dəliyin kölgəsinin görüntüsünü dərc etmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31