AZ

Ukrayna üçün daha bir dəhşətli gecə

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünən gecə Rusiya müxtəlif istiqamətlərdən 201 PUA ilə Ukraynaya hücum edib. Ukrayna Hərbi Hava Qüvvələri 167 düşmən dronunu vurmağı bacarıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.

İlkin məlumatlara görə, Sumı, Xarkov, Dnepropetrovsk, Zaporojye, Xmelnitski və Odessa vilayətləri hücuma məruz qalıb, yanğınlar və müxtəlif növ dağıntılar qeydə alınıb.

Xarkovda fərdi evlərə edilən hücumlar nəticəsində mülki şəxslər həlak olub.

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, təkcə bu həftə Rusiya Ukraynaya qarşı 1300-dən çox hücum dronundan, təxminən 1050 idarə olunan bombadan və 29 müxtəlif növ raketdən istifadə edib. Prezidentin sözlərinə görə, Ukraynanın daha çox müdafiəyə, ilk növbədə hava hücumundan müdafiə sistemləri üçün raketlərə ehtiyacı var.

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
www.bakupost.az

1Mənbələr