AZ

Alman hərbi kontingenti Qrenlandiyanı tərk etdi

Bakı. Trend:

Almaniya Silahlı Qüvvələri Qrenlandiyada həyata keçirdiyimissiyanın tamamlandığını bəyan edib.

Trend xəbər verir ki,Bundesverin Qrenlandiya üzrə missiya nümayəndəsi, podpolkovnikPeter Milevçuk “Funke” media qrupuna verdiyi müsahibədə bildiribki, onlar təlimlərin təşkili və hazırlıq təşəbbüsü çərçivəsindəmövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı qarşıya qoyulanilkin tapşırıqları icra ediblər.

Peter Milevçuk Nuuk hava limanında jurnalistlərə açıqlamasındadanimarkalı həmkarları ilə əməkdaşlığı yüksək qiymətləndirərək onu“son dərəcə müsbət və konstruktiv” adlandırıb. O qeyd edib ki,ilkin mərhələdə bölgədəki vəziyyət ətraflı öyrənilib və missiyabütövlükdə uğurla başa çatdırılıb. “İndi isə əldə etdiyimiznəticələrlə geri dönürük”, – deyə podpolkovnik vurğulayıb.

Seçilən
99
2
az.trend.az

3Mənbələr