Almaniya 2-ci Bundesliqasında ikinci dövrəyə start verilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" 18-ci turda doğma meydanda "Hannover"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
İlk hissəsi qolsuz bitən matçın ikinci yarısında hesab açılsa da, oyunun ssenarisi sonradan tamamilə dəyişib. 67-ci dəqiqədə Enso Leopold qonaqları önə çıxarıb. Lakin 74-cü dəqiqədə İvan Prtayin tarazlığı bərpa edib.
Qoldan az sonra "Hannover"in futbolçusu Vaniss Taibi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Say üstünlüyünü ələ keçirən "Kayzerslautern" bundan məharətlə istifadə edib. Əlavə vaxtda - 90+2-ci dəqiqədə Semih Şahin və 90+5-ci dəqiqədə Naatan Skytta fərqlənərək komandalarına qələbə qazandırıblar.
Qeyd edək ki, zədəli olan Mahir Emreli bu görüşdə iştirak etməyib. Bu qələbə ilə xallarını artıran "Kayzerslautern" turnir cədvəlində "Hannover"i geridə qoyub.