AZ

“Əl-İttihad” klubunun sahibi Messiyə ildə 2,8 milyard təklif edib


“Astronomik maliyyə təkliflərinə baxmayaraq, Lionel Messi idman və ailə amillərini ön plana çəkərək ABŞ-də qalmağa üstünlük verdi”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun sahibi Ənmar Əl-Haili danışıb.
Onun sözlərinə görə, Messi üçün istənilən səviyyədə müqavilə təklif etməyə hazırdır: “Əgər Leo “Əl-İttihad”a keçməyə razı olsa, mən ona istədiyi qədər və istədiyi müddət üçün, hətta ömrünün sonuna qədər qazana biləcəyi bir müqavilə təklif edərəm. Onun bizim formamızı geyinməsi mənim üçün maddi yox, tarixi məna daşıyır. Messi futbol tarixinin ən böyük oyunçusudur”.
Əl-Haili bildirib ki, bu, onun Messini razı salmaq üçün ilk cəhdi deyil: “Argentinalı ulduz “Paris Sen-Jermen” klubundan ayrıldıqdan sonra azad agent olarkən də ona misilsiz təklif irəli sürülüb. Mən ona ildə 1,4 milyard avro (2,8 milyard manat) təklif etdim. Lakin o, ailəsinin ABŞ-da yaşamağa üstünlük verdiyini dedi. Mən bu qərara hörmət edirəm və “Əl-İttihad”ın qapısı onun üzünə hər zaman açıqdır”.
Seçilən
105
1
yeniavaz.com

2Mənbələr