AZ

Almaniya hərbçiləri Qrenlandiyanı buna görə tərk edib

Almaniyanın Silahlı Qüvvələri (Bundesver) Qrenlandiyada həyata keçirilən missiya çərçivəsində qarşıya qoyulan tapşırıqların yerinə yetirildiyini bəyan edib.

Publika.az xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələri missiyasının nümayəndəsi, polkovnik-leytenant Peter Milevçuk "Funke" media qrupuna verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, əsas məqsəd təlim və hazırlıq təşəbbüsü çərçivəsində mövcud vəziyyəti öyrənmək olub və bu tapşırıq uğurla icra edilib.

Qeyd edək ki, Almaniyanın 15 əsgər və zabitinə admiral Stefan Pauli rəhbərlik edib.

Seçilən
82
publika.az

1Mənbələr