AZ

Məmurla sahibkar arasında insident: “Vsyo, qoyun maşına VİDEO

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında məmurla sahibkar arasında insidenti əksi etdirən görüntüləri paylaşıb.

Globalinfo.az xəbər verir ki, o, məmurun sahibkarın malını bu tərzdə çıxartmaqla qanunsuzluğa yol verdiyini qeyd edib.

N.Cəfərli bildirib ki, məmur qərarla bağlı sənəd göstərməli olduğunu bildirib:

“Vsyo, qoyun maşına” – bunu deyən məmur kimdir, bilmirəm, amma Azərbaycanın düşməni, iqtisadiyyatın qatılı, qanunsuzluğun simvoludur. Guya səkidən keçən vətəndaş qədrini bilir – ay-hay, yaxşı, bu məmur nə haqla sahibkarın malını müsadirə edir? Hansı qanunla, rəsmi qərarla?

Mağazanın qarşısına mal çıxartmaq olmaz – tamam, qərar göstər, kağız təqdim elə, o məzlum, susqun sahibkarın əlindən malını niyə alırsan, alıb hara aparırsan? Yaxşı, burda malı mağazanın qarşısına çıxartmaq olmazsa, niyə şəhərin digər yerlərində olar? Hansı qanun bunu tənzimləyir, bu məmləkətdə yazılmış, hamının bildiyi, hamının əməl etdiyi qaydalar nə zaman olacaq?! Yazılmış qaydalara hardan baxmaq olar?! Yoxsa, məmur özünü qanun, məhkəmə, hakim sayır?! Belə yanaşma, bu kafada olan məmurlar iqtisadiyyatı boğur – anlamırsız bunu?!”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
118
globalinfo.az

1Mənbələr