AZ

Azərbaycan “AvtoVAZ”ın əsas bazarları arasındadır

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyanın “AvtoVAZ” şirkəti 2025-ci ildə cəmi 20 730 avtomobil ixrac edib ki, bu da illik əsasda 1,3 faiz azalma deməkdir. 

Avtosfer.az xəbər verir ki, bu barədə Kommersant nəşri məlumat verib. Nəşr yazır ki, ötən il şirkətin əsas ixracat istiqamətləri Belarus, Qazaxıstan, Azərbaycan, Özbəkistan və

Qırğızıstan olub. Bununla belə, hər ölkəyə konkret nə qədər maşın satılmasına dair statistika hazır deyil. 

Belarusun ilk sırada gəlməsinə səbəb xüsusi vergi və gömrük güzəştləridir. Hətta bəzi modellərin qiyməti Rusiyadan daha ucuzdur. Bu da bəzən rusiyalı alıcılarda qəzəb doğurur.

İllik ixracın həcminə gəlincə. Bu rəqəm sovet dövrü ilə müqayisədə dəryada damladır. 80-ci illərdə ayrı-ayrılıqda Almaniya, Britaniya, Fransa və digər Qərb ölkələrinin hər birinə bundan daha çox maşın satılırdı.

İstehsalçı şirkət ixracın azalmasını ötən ilin ortalarında rublun möhkəmlənməsi ilə izah edir. Bu il isə ixracın həcminin artırılması planlaşdırılır.

Vüqar

Oxunub 0

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
112
avtosfer.az

1Mənbələr