Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa YPG/SDQ terror təşkilatının yerləşdiyi bütün cəbhələrdə atəşkəsi nəzərdə tutan yeni razılaşmanı təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.
Məlumata görə, yeni razılaşmalara əsasən, YPG/SDQ terror təşkilatının bütün bölmələri Fərat çayının şərq sahilinə köçürüləcək.
Hökumət ordusunun bazar günü geri qaytardığı Deyr-əz-Zor əyalətindəki neft və qaz yataqlarının nəzarətinin Suriya hakimiyyətinə keçdiyi də bu sənədlə təsdiqlənib.