AZ

Binada yanğın baş verib, ölən varVİDEO

Mingəçevirdə yanğın olub, yataq xəstəsi olan 54 yaşlı kişi aldığı xəsarətlərdən dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə yanvarın 16-sı gecə saatlarında Üzeyir Hacıbəyov küçəsi 2 ünvanında yerləşən, beşmərtəbəli yataqxana binasında qeydə alınıb.

Həmin binada yaşayan İlqar Rüstəmova məxsus otaqda baş verən yanğın genişlənərək ətrafa yayılıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovu söndürüb.

Yanğın zamanı ağır xəsarətlər alan ev sahibi İlqar Rüstəmov xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Məlumata görə, yanğın nəticəsində dünyasını dəyişən 54 yaşlı kişinin həyat yoldaşı isə bir müddət əvvəl vəfat edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
23
xezerxeber.az

1Mənbələr