Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, ikinci Qarabağ müharibəsi veteranı Haqverdi Dadaşov qızının toyu olub.
“Qafqazinfo”nun məlumatına görə, H.Dadaşov övladının xeyir işindəki təsirli çıxışı ilə yadda qalıb.
O, hərbçi həyatı yaşadığı üçün övladı ilə bağlı arzularını yazıya almağa məcbur qaldığını deyib:
“Hərbçi olduğumuz üçün tapşırıqlarımız olur. Həmişə deyirik, Vətən sağ olsun! 8 fevral 2003-cü ildə yazdığım vəsiyyətnaməni oxuyuram. Xanımıma yazmışdım ki, qızımız olacaq, ola bilərdi ki, biz gəlməyə bilərdik. Qızımın adın Aysun qoyarsınız. Şükürlər olsun ki, yazdığımız vəsiyyətnaməni Allah bizə gerçəkliklə qismət etdi”.
Qeyd edək ki, H. Dadaşov 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub.
O, Vətən Müharibəsində torpaqların işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.