AZ

Almaniya Bundesliqası: “Ştutqart” evdə xal itirdi, oyun son dəqiqələrdə xilas edildi

“Ştutqart” Almaniya Bundesliqasının 18-ci turunda öz meydanında “Union”la bərabərə qalıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab 59-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Kris Fuxrixin qolu ilə açılıb. Lakin qonaqlar məğlubiyyətdən 83-cü dəqiqədə yarımmüdafiəçi Çon U Yenin dəqiq zərbəsi sayəsində xilas olublar.

Bu nəticədən sonra “Ştutqart” 33 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Union” isə 24 xalla səkkizinci mövqedə yer alır.

İdman.Biz
Seçilən
106
1
idman.biz

2Mənbələr