Suriya Prezidenti Əhməd əş-Şaraa hökumət qüvvələri ilə YPG silahlı birləşmələri arasında tam inteqrasiyanı nəzərdə tutan razılaşmanın imzalandığını elan edib.
BAKU.WS-in TRT-yə istinadla yaydığı xəbərə görə, dövlət başçısı Suriyanın vahid və bölünməz ölkə olduğunu vurğulayıb və xüsusi statuslu bölgələrdə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.
Əş-Şaraa ərəb qəbilələrinə müraciət edərək sakitliyi qorumağa və razılaşmanın icrasına mane olmamağa çağırıb. Onun sözlərinə görə, dövlət strukturları hazırda YPG-nin nəzarətində olan ölkənin şərq və şimal-şərqində yerləşən üç vilayətə mərhələli şəkildə daxil olacaq.