AZ

Milli narazı qaldı, CAF-a şikayət ünvanladı

style='margin-bottom:10px;'>

Afrika Millətlər Kubokunun həlledici oyunu ərəfəsində gərginlik yaşanıb. Finalda meydan sahibi Mərakeşlə qarşılaşacaq Seneqal millisi təşkilatçılardan narazı qalıb.

QOL.az "New York Times"a istinadən xəbər verir ki, Seneqal Futbol Federasiyası Afrika Futbol Konfederasiyasına (CAF) rəsmi şikayət ünvanlayıb.

Millinin narazılığına səbəb final matçı üçün onların azarkeşlərinə ayrılan bilet sayının azlığı olub. Məlumata görə, həlledici görüşün keçiriləcəyi "Şahzadə Mula Abdulla" stadionu 69 500 tamaşaçı tutumuna malik olsa da, seneqallı fanatlar üçün 3 mindən az bilet ayrılıb.

Bundan əlavə, Pap Tiavonun baş məşqçisi olduğu komanda təhlükəsizlik səbəbindən məşq bazasını dəyişmək məcburiyyətində qalıb. Bu qərarın oyunçuların və texniki heyətin təhlükəsizliyini tam təmin etmək məqsədilə verildiyi bildirilir.

Xatırladaq ki, Seneqal yarımfinalda Sadio Manenin qolu ilə Misiri 1:0 hesabı ilə məğlub edib. Mərakeş isə Nigeriya səddini penaltilər seriyasında (əsas vaxt 0:0, penaltilər 4:2) keçib.

Qeyd edək ki, final qarşılaşması bu gün, yanvarın 18-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Seçilən
115
1
teleqraf.com

2Mənbələr