Amerikalıların təxminən 90%-i ABŞ-nin Qrenlandiyada hərbi güc tətbiq etməsini istəmir.
"Yeni Sabah" xəbər verir ki, bunu CBS və "YouGov" tərəfindən aparılan sorğunun nəticələri sübut edir.
Respondentlərin 86%-i ABŞ-nin Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi güc tətbiq etməsini dəstəkləmədiklərini bildirib. Lakin 14%-i bu addımı dəstəkləyib.
Həmçinin respondentlərin 70%-i Trampın Qrenlandiyanı almaq üçün federal vəsaitlərdən istifadə etməsinə qarşı olduqlarını bildirib. 30%-i isə buna razıdır./Oxu.az
Telegram kanalımız