AZ

Mateta Yuventus a keçir

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mateta "Yuventus"a keçir

İtaliya nəhəngi "Yuventus" hücum xəttini "Kristal Pelas"ın futbolçusu ilə gücləndirməyi hədəfləyir.

QOL.az xəbər verir ki, tanınmış insayder Nikolo Skirayanın məlumatına görə, Jan-Filip Mateta London klubunun rəhbərliyinə "Yuventus"a keçmək niyyətində olduğunu rəsmi şəkildə bildirib.

Məlumata görə, tərəflər arasındakı danışıqlar uğurla davam edir və fransalı futbolçunun həftənin sonuna qədər Turin klubuna qoşulması gözlənilir. "Qoca sinyora"nın bu keçid üçün 30 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Mateta cari mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
1
qol.az

2Mənbələr