AZ

Qrenlandiyanı ilhaq etmək görün kimin təşəbbüsü imiş

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-ın Qrenlandiyanı almaq ideyası hazırkı Prezident Donald Trampa məxsus deyil. Bu təşəbbüs hələ 1946-cı ildə ABŞ-ın keçmiş prezidenti Harri Truman tərəfindən irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə siyasi analitik Mats Nilson RT-yə müsahibəsində bildirib.

Nilsonun sözlərinə görə, Qrenlandiyanın əldə edilməsi ideyasına tarixi presedentlər və ABŞ-ın geosiyasi düşüncəsinin təkamülü kontekstində yanaşmaq lazımdır:

“Biz bu məsələni Luiziana alışı kimi presedentlər, eləcə də ideologiya — sözdə “aşkar tale” və Amerika geosiyasi strategiyasının inkişafı prizmasından qiymətləndirməliyik,” — deyə politoloq vurğulayıb.

Ekspert qeyd edib ki, Donald Tramp əslində yeni bir yanaşma ortaya qoymur, sadəcə ərazi əldə etməklə ABŞ-ı genişləndirməyə yönəlmiş uzunmüddətli Amerika ənənəsini davam etdirir.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
globalinfo.az

1Mənbələr