AZ

Hindistan Ermənistana "Pinaka" raketləri göndərib

Hindistanın müdafiə naziriRacnat SinqhNaqpurdakıSolar Defence and Aerospace Limited (SDAL) zavodundan Ermənistana “ Pinaka ” idarəolunan raketlərinin ilk partiyasının göndərildiyini bildirib.

Hindu Business Linenəşrinin məlumatına görə, bundan əvvəl Ermənistan Hindistanla “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin dörd batareyasının tədarükünü nəzərdə tutan müqavilə imzalayıb.

Razılaşma çərçivəsində çoxlüləli reaktiv sistemlər üçün idarəolunan raketlərin, eləcə də digər müdafiə təyinatlı avadanlıqların ixracı da nəzərdə tutulur.

“Pinaka” sistemlərinin buraxılış qurğularının tədarükünə 2023-cü ilin iyulunda başlanılıb və proses 2024-cü ilin noyabrında tam yekunlaşıb.

Qeyd olunur ki,2022–2023-cü illərdə Hindistanın silah ixracının 43 faizi Ermənistanın payına düşüb.2024–2025-ci illərdə iki ölkə arasında ümumi dəyəri 600 milyon dollar olan silah tədarükü müqavilələri imzalanıb.

Çoxmilyonluq razılaşmalar “Pinaka” sistemləri ilə yanaşı, haubitsalar, tank əleyhinə raketlər və antidron avadanlıqlarının alınmasını da əhatə edir. Bundan əlavə, qarşıdakı üç il ərzində Ermənistan Hindistandan 90 ədəd ATAGS haubitsası almağı planlaşdırır ki, onlardan altı ədədi artıq ölkəyə çatdırılıb.

M.Həsənli
AzVision.az


Seçilən
8
1
azvision.az

2Mənbələr