AZ

İsrail yeni F35-lər alır?

İranla gərginlik fonunda yeni F-35i qırıcı təyyarələri İsrail Hərbi Hava Qüvvələrinin xidmətinə daxil olur.Metbuat.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti bu gün İsrailin Nevatim aviabazasına üç yeni F-35i Adir qırıcı təyyarəsinin eniş etdiyini bildirib. Amerika müdafiə korporasiyası Lockheed Martin tərəfindən istehsal edilən təyyarələr İsrail Hərbi Hava Qüvvələrinin müxtəlif eskadrilyaları tərəfindən qəbul edilib.

Məlumatda vurğulanır ki, "İsrail Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsinə sadiq qalaraq ABŞ ilə təhlükəsizlik tərəfdaşlığına böyük əhəmiyyət verir".

Seçilən
111
5
metbuat.az

7Mənbələr