ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Dünən səhər Karaçinin mərkəzində "Gul Plaza" ticarət mərkəzində güclü yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 6 nəfər həyatını itirib, 11 nəfər yanıq xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayı arta bilər.
Yanğınla mübarizəyə 20 yanğınsöndürmə briqadası cəlb olunub. Bir neçə saatlıq mübarizədən sonra alov ram edilib.
Qeyd edək ki, yanğının elektrik naqillərində yaranmış qısaqapanma üzündən baş verdiyi bildirilir.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.