Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
“BakuBus”-a məxsus sərnişin avtobusu ilə “Kamaz” markalı yük maşını toqquşub
Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
“BakuBus”-a məxsus sərnişin avtobusu ilə “Kamaz” markalı yük maşını toqquşub.
Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.