AZ

İspaniyada iki yüksək sürətli qatar relsdən çıxıb

Kordoba vilayətində baş verən qəza nəticəsində ölənlər və xəsarət alanlar var...

İspaniyanın Kordoba vilayətində iki yüksək sürətli qatar relsdən çıxıb.

Poliqon xəbər verir ki, bu barədə ölkənin dəmir yolu infrastrukturunun operatoru Adif sosial şəbəkə X-də məlumat yayıb.

Məlumata görə, Malaqa–Puerta-de-Atoça (Madrid) marşrutu üzrə hərəkət edən LD AV Iryo 6189 nömrəli uzaqməsafəli yüksək sürətli qatar hərəkət zamanı relsdən çıxaraq qonşu yola keçib. Həmin anda qonşu yol ilə Puerta-de-Atoça–Uelva marşrutu üzrə hərəkət edən LD AV 2384 nömrəli digər yüksək sürətli qatar da relsdən çıxıb.

İspaniyanın EFE agentliyinin yazdığına görə, qəza nəticəsində azı iki nəfər həyatını itirib. Hadisə zamanı xəsarət alanların da olduğu bildirilir. Yaralıların sayı və vəziyyəti ilə bağlı dəqiq məlumat hələlik açıqlanmayıb.

Hazırda hadisə yerində fövqəladə xidmətlər və texniki briqadalar çalışır, qəzanın səbəblərinin araşdırılmasına başlanılıb. Dəmir yolu hərəkətində müəyyən gecikmələrin və məhdudiyyətlərin tətbiq olunduğu qeyd edilir. İspaniya rəsmiləri qəzaya texniki nasazlıq, infrastruktur problemi və ya digər amillərin səbəb olub-olmadığını müəyyənləşdirmək üçün təhqiqat aparıldığını bildiriblər.

Poliqon.info

Seçilən
188
10
poliqon.info

10Mənbələr