AZ

Nani karyerasını bərpa edir

Nani karyerasını bərpa etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, Portuqaliya millisinin sabiq üzvü Qazaxıstanın “Aktobe” klubu ilə razılıq əldə edib.

39 yaşlı vinger bütün şərtlər üzrə razılaşıb və yaxın günlərdə komandanın təlim-məşq toplanışına qoşulacaq.

Nani ilə 1 illik müqavilə imzalanacaq. Onun alacağı maaşın Qazaxıstan Premyer Liqası tarixində ən yüksək məvacib olacağı vurğulanır.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2024-cü ilin dekabrında peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.

"Barselona"da ciddi itki

"Çelsi" "Real"ın qapıçısını almaq istəyir

"Kalyari" "Yuventus"un seriyasına son qoyub

Rusiya klubu "Beşiktaş"ın futbolçusu ilə maraqlanır

"Trabzonspor"dan Belçika klubuna

Seçilən
63
apasport.az

1Mənbələr