AZ

Siyəzəndə su xəttində qəza: 10 küçənin içməli suyu kəsilib

Siyəzən, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC

Siyəzəndə içməli su xəttində qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza səbəbindən şəhərin 10 küçəsinə içməli suyun verilməsi məhdudlaşdırılıb.

Hazırda Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları və əməkdaşları hadisə yerinə cəlb olunub,

su borusu təmir edilir.

Təmir bərpa işləri başa çatdıqdan sonra suyun verilişi təmin ediləcək.

Seçilən
111
2
azertag.az

4Mənbələr