AZ

AB təcili toplanır: ABŞ a sərt müqavimət göstəriləcək

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Birgə məsləhətləşmələrdən sonra Avropa Birliyinə üzv dövlətlər Qrenlandiya ilə bağlı hər hansı bir məcburiyyət durumunda özlərini müdafiə etməyə hazır olduqlarını bildirdilər.

Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Koşta X səhifəsində yazıb.

Koşta qeyd edib ki, Qrenlandiya ətrafında baş verən son hadisələrlə bağlı məsləhətləşmələr AB ölkələrinin "hər hansı bir təhdid formasına qarşı özlərini müdafiə etməyə hazırlıq" və "ümumi maraq doğuran bütün məsələlərdə ABŞ ilə konstruktiv əməkdaşlığı davam etdirməyə hazırlıq" prinsiplərinə qəti sadiqliyini təsdiqləyib.

O, həmçinin əlavə koordinasiya üçün yaxın günlərdə Avropa Şurasının fövqəladə iclasını çağırmaq qərarına gəldiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsinə görə NATO-nun səkkiz ölkəsinə (Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveç) qarşı 1 fevraldan yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. Öz növbəsində sözügedən ölkələr də Trampın bu açıqlaması fonunda birgə bəyanat yayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
axar.az

1Mənbələr