AZ

Ev heyvanlarından insana keçən xəstəliklər - Həkim AÇIQLADI

"İstənilən ev heyvanı infeksiya daşıyıcısı ola və sahiblərini allergiyaya və yüksək həyəcanlılığa məruz qoya bilər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu "İzvestiya" nəşrinə rusiyalı həkim Aleksandra Filyova deyib.

Onun sözlərinə görə, ev heyvanları ilə birgə yatmaq həyəcanlılığı artırır və yuxusuzluğa gətirib çıxarır: "Narahat pişiklər və itlər sahiblərinə normal yatmağa imkan vermir. Yarımçıq yatmaq isə ürək-damar xəstəlikləri riskini artırır".

Filyova qeyd edib ki, ev heyvanları ilə əlaqə allergik reaksiyaya da səbəb ola bilər:

"Çoxları düşünür ki, ev heyvanlarının ancaq tükü allergiya doğurur. Əslində isə əsas allergenlər onların selikli qişasında, sidiyində, piy vəzilərində və dəri pulcuqlarındakı zülallardır".

Həkim əlavə edib ki, ev heyvanları, o cümlədən pişik və itlər sahibləri üçün hermintlər, toksoplazmoz, qaşıqvarı xoralar və quduzluq kimi xəstəlik riskləri daşıyır. Ekspert yoluxma riskini azaltmaq üçün məsləhət də verib:

"Heyvanlarla hər təmasdan sonra əl sabunla yuyulmalı, ev heyvanları isə müntəzəm olaraq baytar tərəfindən profilaktik müayinədən keçirilməli və bütün zəruri peyvəndlər vurulmalıdır".

Milli.Az

Seçilən
65
2
milli.az

3Mənbələr