AZ

Tarixdə İLK DƏFƏ – Qara dəliyin videosu ÇƏKİLƏCƏK

Qara dəliyin ilk videosu bu yazda çəkilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bəşər tarixində ilk dəfə olaraq bu bahar qara dəliyin videosu lentə alına bilər. Bunu “Event Horizon Telescope” (Hadisələr Üfüqü Teleskopu) beynəlxalq layihəsinin astronomları həyata keçirməyə çalışacaqlar.

Qeyd edək ki, həmin qrup 2019-cu ildə dünyada ilk dəfə qara dəliyin kölgəsinin görüntüsünü yayımlamağa nail olub.

M87 qalaktikasının mərkəzində yerləşən bu qara dəlik 6 milyard Günəş kütləsinə bərabər kütləyə malikdir.

Mütəxəssislər bildirirlər ki, bu cür kosmik obyektlər kifayət qədər yavaş hərəkət edir, bu da teleskoplara bir sıra ardıcıl təsvirləri qeydə almağa imkan verəcək.

Çəkilişlərin 2026-cı ilin mart-aprel aylarında aparılması planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
159
interpress.az

1Mənbələr