AZ

Seneqal Afrika Millətlər Kubokunun qalibi oldu

Bu gün Afrika Millətlər Kubokunun final matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici oyunda Seneqal və Mərakeş milliləri üz-üzə gəlib.

Moulay Abdullah İdman Kompleksində keçiriləcək görüşdə Seneqal millisi qalib gəlib - 1:0.

Oyunun əsas vaxtında qol vurulmayıb. Buna görə də qalib əlavə vaxtda müəyyənləşib. 94-cü dəqiqədə Pap Qeye Seneqal millisinə qələbə gətirən qolu vurub.

23:00. Seneqal - Mərakeş 1:0

Qol: Pap Qeye, 94

Seneqal artıq bir dəfə bu titula yiyələnib. 2021-ci ildə qalib olan seneqallılar buna qədər 3 dəfə finalda oynayıb.

Mərakeş isə 1976-cı ildəAfrika Millətlər Kubokunun qalibi olub. Sonuncu dəfə isə 2004-cü ildə finala çıxıblar.

Bürünc medal uğrunda görüşdə Nigeriya Misirə penaltilər seriyasında (4:2) qalib gəlib.

Seçilən
88
sportinfo.az

1Mənbələr