AZ

Ərdoğan Əş-Şara ilə Suriyadakı son hadisələri müzakirə edib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqətiprezidenti Əhməd əl-Şara ilə telefon danışığında Suriya ərazisininterrorizmdən tamamilə azad edilməsinin vacibliyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidentadministrasiyasının Kommunikasiyas İdarəsi bildirib.

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhmədəl-Şara ilə telefon danışığı apardı. Görüşdə ikitərəflimünasibətlər, eləcə də Suriyadakı son hadisələr müzakirə edildi.Prezidentimiz Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə,həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük əhəmiyyətverdiyini qeyd edib. O, Suriya ərazisinin terrorizmdən tamamiləazad edilməsinin həm Suriyanın özü, həm də bütün region üçün zəruriolduğunu bildirib", - deyə Türkiyə prezidentinin mətbuat xidmətibildirib.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, "Türkiyənin Suriyaya,xüsusən də terrorizmlə mübarizədə dəstəyi artmağa davamedəcək".

Seçilən
154
az.trend.az

1Mənbələr